19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Vüqar Həşimovun xatirə turnirinə start verildi

Bu gün Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun doğum günüdür. Futbolxeber.az saytının məlumatına görə, beynəlxalq qrossmeyster yaşasaydı, 30 yaşı tamam olacaqdı.

Bu münasibətlə görkəmli şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan uşaqlar arasında beynəlxalq şahmat turnirinə start verilib. Beynəlxalq turnirin iştirakçıları əvvəlcə II Fəxri xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edərək, onun xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Açılış mərasimindən əvvəl Azərbaycan Şahmat Federasiyasının, Gənclər və İdman Nazirliyinin rəsmiləri, yarış iştirakçıları, qonaqlar, hakimlər II Fəxri Xiyabanda Vüqar Həşimovun məzarını ziyarət ediblər.

“Landmark Rotunda”da keçirilən açılış mərasimində ilk olaraq Vüqar Həşimovun atası Qasım Həşimov danışıb. O bildirib ki, sayca üçüncü dəfə keçirilən beynəlxalq turnir ənənəvi olaraq hər il təşkil olunacaq: “Biz bu turniri hər il keçirməyə çalışacayıq. Bizə dəstək olan şəxslərə, şəxsən gənclər və idman naziri Azad Rəhimova təşəkkür edirəm. Bu turnir uşaqların şahmata olan marağını artıracaq. İnanıram ki, gələcəkdə onların arasında yığmamızın şərəfini qoruyacaq şahmatçılar çıxacaq. Vüqar həmişə uşaqlara dəstək olub. Dəfələrlə Gəncədə seans təşkil edib. Bu gün onun doğum günüdür. O, hər zaman bizimlədir. Bütün iştirakçılara, xarici ölkələrdən gələn qonaqlara təşəkkür edirəm. Şahmatçılara uğurlar arzu edirəm”.

Turnirin direktoru Anar Allahverdiyev qeyd edib ki, 5 ölkədən 126 yeniyetmənin iştirak etdiyi turnir 9 turdan ibarət olacaq. Beynəlxalq turnirə avqustun 1-də yekun vurulacaq.

Bundan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Qeyd edək ki, sayca üçüncü memorialda medallar uğrunda 8, 10 və 12 yaş kateqoriyalarında oğlan və qızlar mübarizə aparacaqlar. Turnirin iştirakçıları sırasında şahmat üzrə Avropa və dünya uşaq çempionatlarının mükafatçıları, ölkə çempionları, reytinqi 1600 və ondan yüksək olan şahmatçılar olacaq. Ümumiyyətlə, turnirdə 130-dan çox şahmatçı iştirak edəcək. Yarışda azərbaycanlı şahmatçılarla yanaşı, Belarus, Rusiya, Gürcüstan, İran və digər ölkələrin təmsilçiləri də iştirak edəcəklər.

Turnirin qalibi Vüqar Həşimov kubokunu əldə edəcək, habelə “Baku-open 2016” ənənəvi beynəlxalq turnirə vəsiqə qazanacaq. Gümüş mükafatçı “Naxçıvan-open 2017”-də iştirak etmək imkanı əldə edəcək. Uşaqlar arasında Vüqar Həşimov Memorialında digər şahmatçılar da nominasiyalar üzrə mükafatlandırılacaqlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30