20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak edəcək cüdo üzrə milli komandamızın üzvləri və məşqçi heyəti ilə görüşüb. Futbolxeber.az saytının məlumatına görə, Rövnəq Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin hər zaman idmana və olimpiya hərəkatına göstərdiyi diqqətin dəfələrlə Beynəlxalq Olimpiya Komitəsi, ümumdünya idman təşkilatlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Federasiya prezidenti Rio olimpiadasında ölkəmizi təmsil edəcək 6 cüdoçunun Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyacaqlarına ümidvar olduğunu söyləyib. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov və Elnur Məmmədli çıxış edərək əsas milli komandamızın son 9 ay ərzində bütün nüfuzlu beynəlxalq yarışlarda mübarizə apardıqlarını, Avropa çempioanatı, "Böyük Dəbilqə" və "Qran-Pri" turnirlərindən vətənə medallarla qayıtdıqlarını vurğulayıblar. Vitse-prezident Sadıq Sadıqov ötən bu dövr ərzində dünyanın müxtəlif ölkələrində və respublikamızda cüdo üzrə milli komandamızın təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Baş məşqçi Piter Zayzenbaher və millinin kapitanı Elxan Məmmədov onlara göstərilən qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, ölkəmizi Rio Yay Olimpiya Oyunlarında 6 cüdoçu - Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66kq), Rüstəm Orucov (73kq), Məmmədəli Mehdiyev(90kq), Elmar Qasımov(100kq) və Kokauri Uşangi (100+kq) təmsil edəcək. Cüdoçularımız iyulun 19-dan 25-dək Almaniyanın Berlin şəhərində olimpiadaya təlim-məşq toplanışını davam etdirəcəklər. İyulun 25-də isə cüdo üzrə milli komandamızın üzvləri Berlin-Paris-Rio reysi ilə Braziliyaya gedəcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30