25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Mahir Məmmədov FIDE rəsmiləri ilə görüşdü

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov paytaxtımızda səfərdə olan FİDE rəsmiləriylə görüşüb. Futbolxeber.az saytının məlumatına görə, Kristal Zalda baş tutan işçi qrupunun iclasında FİDE-nin vitse-prezidenti İzrael Gelfer, FİDE prezidentinin köməkçisi Berik Balqabayev iştirak edib .

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı mötəbər yarışa hazırlığın son mərhələsi müzakirə edilib. İclasda iştirakçıların qeydiyyatı, yerləşdirilməsi, mətbuat mərkəzinin fəaliyyəti, olimpiada zamanı partiyaların rəsmi saytda canlı yayımlanması barədə fikir mübadiləsi aparılıb. Qonaqlar həm də Bakıda keçiriləcək FİDE-nin 87-ci Konqresinin təşkilati işləriylə maraqlanıb və görülən işləri yüksək qiymətləndirib.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30