19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

ADBTIA və AzVİF arasında memorandum imzalanıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tədrisin təkmilləşməsi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün idman federasiyaları ilə əməkdaşlığa xüsusi önəm verir və münasibətlərin daha da inkişaf etdirilməsinə çalışır. Ölkədə peşəkar idmanın real vəziyyəti, ehtiyacların müəyyən olunması və tələblərə cavab verən idman təhsilinin təşkili, ixtisaslı kadrların yetişdirilməsinin məhz belə əməkdaşlıq nəticəsində mümkün ola biləcəyini nəzərə alaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Velosiped İdmanı Federasiyası ilə mövcud əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən Əməkdaşlıq haqqında Memorandum imzalamaq barədə razılığa gəlmişlər.

Tərəflər memoranduma uyğun olaraq Akademiyada velosiped idman növünün təşviq edilməsi və tələbələrin bu idmana marağının artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin tələbələrin Federasiya tərəfindən texniki təlimlərə və ixtisasartırma kurslarına cəlb olunması sahəsində əməkdaşlıq edəcəklər. Gələcəkdə bu idman növü üzrə müəyyən ödənişli əsaslarla mütəxəssislərin yetişdirilməsi, onların yerli və beynəlxalq yarışlarda iştirakına qarşılıqlı dəstək verilməsi istiqamətində də razılıq əldə olunmuşdur. Bundan əlavə, sənəddə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə yüksək ixtisaslı peşəkar kadr hazırlığını həyata keçirmək, Federasiyanın ehtiyaclarını müəyyən edərək müvafiq təlimləri təşkil etmək, birgə elmi-tədqiqat işlərini aparmaq nəzərdə tutulur.

Memorandum bir sıra istiqamətlər üzrə sıx əməkdaşlığı nəzərdə tutur və  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov arasında imzalamışdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30