17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Məşqçilərlə görüş keçirildi

Bakı Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan komandalarının hazırlığı ilə əlaqədar görüş keçirilib. Futbolxeber.az saytının məlumatına görə, toplantıda əsas yığmanın Qəbələ, ikinci komandanın Bakıdakı hazırlığı o cümlədən qadın şahmatçıların ilk təlim-məşq toplanışı müzakirə edilib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov bildirib ki, bundan sonra da olimpiadada iştirak edəcək bütün komandalara hazırlıq üçün yüksək səviyyədə şərait yaradılacaq: "42-ci Ümumdünya Şahmat Olimpiadası şahmatçılarımız üçün böyük əhəmiyyət kəsb edir. İlk dəfə olaraq belə mötəbər yarış Azərbaycan paytaxtında təşkil olunacaq. Olimpiadada layiqincə iştirak etmək üçün Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası tərəfindən bütün komandalarımıza lazımi şərait yaradılıb. Həm kişi, həm də qadınlardan ibarət komandalar artıq təsdiq olunan hazırlıq proqramına uyğun məşqləri davam etdirəcək. Kişilərdən ibarət əsas yığmanın olimpiadaya qədər daha iki təlim-məşq toplanışı nəzərdə tutulub. Ümid edirik ki, komandalarımız Bakı Şahmat Olimpiadasında Azərbaycanın idman şərəfini layiqincə qoruyacaq".

Qeyd edək ki, görüşdə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, eləcə də milli komandaların məşqçiləri iştirak edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30