19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Güləşçilərimiz Almaniya Qran-prisinin ilk günündə: 4 qızıl və 1 gümüş medal

Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran Pri beynəlxalq turniri keçirilir. Futbolxeber.az saytının məlumatına görə, ilk yarış günündə 65, 74, 86 və 97 kq çəkidə sərbəst, 66, 75, 85 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb.

Güləşçilərimiz günü 4 qızıl və 1 gümüş medalla başa vurub.

Yunan-Roma güləşi yarışlarındakı təmsilçimiz Rafiq Hüseynov (75 kq) İsveç, Çexiya və ABŞ-dan olan rəqiblərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Rusiya təmsilçisi Çingiz Labazanovla gərgin keçən görüşü qalib başa vurub və turnirin qızıl medalını qazanıb.

Sərbəst güləş yarışlarında 65 kq-da mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərov mübarizəyə 1/4 finaldan başlayıb və ardıcıl olaraq Almaniya və Türkiyədən olan rəqiblərini məğlub edərək finala yüksəlib.

Həlledici görüşdə onun rəqibi ABŞ təmsilçisi Frank Molinaro olub. Gərgin keçən görüşü üstün tamamlayan Toğrul turnirin qızıl medalına sahib olub.

86 kq çəkidə mübarizə aparan Nurməhəmməd Hacıyev ardıcıl olaraq Belarus, Almaniya və Polşadan iki idmançı üzərində inamlı qələbə qazanaraq finala yüksəlib. Olimpiya çempionumuz Şərif Şərifov isə finala qədər Almaniya, ABŞ və Qazaxstandan olan rəqiblərini üstələyib. Şərif Şərifovun zədə səbəbindən final görüşünə çıxmaması ilə Nurməhəmməd Hacıyev turnirin qızıl medalına yiyələnib.

97 kq-da mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Fransa və Türkiyədən olan rəqiblərini asanlıqla üstələyən Xetaq yarımfinalda son dünya çempionu olan ABŞ təmsilçisi Kyle Snyderlə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Baran ilə görüşü də qalib başa vurub və turnirin qızıl medalını qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30