19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Veteran cüdoçularımız Avropa çempionatında daha 4 medal qazanıblar

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatı davam edir. Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan milli komandası yarışın üçüncü günü aktivinə daha 4 medal yazdırıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Vuqar Budaqov qızıl medala sahib olub.

+100 kq çəki dərəcəsində çıxış edən Zaur Bağırov millimizə Avropa çempionatında növbəti qızıl medalı qazandırıb.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zaur Paşayev isə bürünc medala sahib olub.

70 kq çəki dərəcəsində mübarizə aparan xanım cüdoçumuz Zülfiyyə Hüseynovanın da çıxışı uğurlu alınıb. Hüseynova millimizin aktivinə 5-ci qızıl medalı yazdırıb.

Xatırladaq ki, Avropa çempionatının ilk 3 günündə Azərbaycan millisi 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Qeyd edək ki, 38 ölkədən 813 idmançının (702 kişi, 111 qadın) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunur. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30