19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“İnanmıram ki, Bakı Şəhər Halqası bizimçün çox çətin olsun”

Dünən Formula 1 sürücülərinin iştirakı ilə mətbuat konfransı baş tutub. Futbolxeber.az saytının məlumatına görə, media önünə xüsusi seçilmiş pilotlar çıxıb. Sürücülər 2016 Formula 1 Avropa Qran Prisinin yarış həftəsonundan əvvəl medianın suallarını cavablandırıblar. Bakıda ilk dəfə keçiriləcək Formula 1 yarışının rəsmi elçisi, “McLaren Honda” komandasının pilotu və ikiqat dünya çempionu Fernando Alonso Bakıda olmaqdan məmnunluğunu ifadə edib: “Burada olan azarkeşlər Formula 1 haqqında çox məlumatlıdırlar və yarışı səbrsizliklə gözləyirlər. Yarış üçün artıq hər şey hazırdır. Bu trekdə unikal məqam böyük uzunluğa malik sürətlənmə xəttidir ki, burada sürət çox yüksək həddə olacaq və şəhər treklərində belə sürət nadir hallarda müşahidə olunur”.

“Ferrari” komandasının pilotu Sebastian Fettel də Azərbaycanda iştirak edəcəyi ilk yarış öncəsində müsbət əhval-ruhiyyədədir və yarışla bağlı belə danışıb: “Hesab edirəm ki, trek (Bakı Şəhər Halqası) həyəcanverici görünür. Mən sabah boliddə əyləşib trekdə sürüş edərək bu həyəcanı hissetməyi səbrsizliklə gözləyirəm. Pit Yoluna giriş bir az çətinlik törədəcək, ancaq yenə də hesab edirəm ki, biz məhz bunun üçün buradayıq”.

Williams komandasının pilotu Valteri Bottas da Bakı treki haqqında oxşar təəssüratlara malik olduğunu bildirib və qeyd edib ki, ötən həftə Kanadada keçirilmiş yarışı 3-cü yerdə bitirdikdən sonra Formula 1 təqvimindəki ən yeni şəhər trekini sınaqdan çıxarmaq üçün səbirsizlənir: “Monreal həqiqətən də bolidimiz üçün yaxşı treklərdən biridir, bu trek tamamilə bizim avtomobilin gücünə uyğundur. Ancaq qarşıda da bir sıra yaxşı yarışlar mövcuddur. İnanmıram ki, Bakı Şəhər Halqası bizimçün çox çətin olsun. Bununla yanaşı ondan sonra gələn üç yarış üçün də eyni fikirdəyəm. Tam əminəm ki, biz yenə də yaxşı həftəsonu yaşayacağıq. Əgər bolidi daha da yaxşılaşdırmağa çalışsaq, biz podiuma çıxa bilərik və bu məhz bizim komanda olaraq hədəfimizdir”.

“Sahara Force India” komandasının pilotu Niko Hulkenberq hesab edir ki, bu yeni trek bütün sürücülərdən daha yüksək səviyyədə mübarizə tələb edir: “Bu yeni bir trekdir. Bu haqda heç bir fakt və məlumat yoxdur, pilotlar da indiyədək bu trekdə dövrə vurmayıblar. Buna görə də, hamı sıfırdan başlayacaq və bu olduqca maraqlı olacaq. Sözsüz ki, trek həyəcanverici görünür və biz artıq buna şahid olmuşuq!”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30