29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Məktəblərdə Bakı Şahmat Olimpiadası haqqında silsilə tədbirlər keçirilir

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi (BCOOC) bir sıra məktəblərdə şagirdlər üçün silsilə tədbirlər həyata keçirir. Futbolxeber.az saytına Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində məktəblilərə Azərbaycan və rus dillərində şahmat olimpiadalarının keçirilmə tarixi, əhəmiyyətli faktlar, Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadası haqqında ümumi məlumatların əks olunduğu videoçarx nümayiş etdirilir. Şagirdlərə Azərbaycanda şahmatın inkişafı və əldə olunan uğurlar barədə məlumat verilir.Tədbirin sonunda şagirdlərlə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin nümayəndələri arasında sual-cavab xarakterli müzakirələr aparılır. Naxçıvan,Şəmkir, Gəncədən sonra hazırda layihə Bakı məktəblərini əhatə edir. Layihənin əsas məqsədi Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasına olan marağı artırmaq və şahmatda kütləviliyi təmin etməkdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31