19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Qəbələ” cüdoçusu Avropa Kubokundan bürünc medal qazandı

İspaniyanın Madrid şəhərində cüdo üzrə Avropa Kubokuna yekun vurulub. Futbolxeber.az saytının məlumatına görə, 26 ölkədən 255 idmançının mübarizə apardığı mötəbər turnirdə Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun təmsilçisi Cəlil Şükürov da uğurla çıxış edib. 100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz yarışın sonuncu günü tatami üzərinə çıxıb.

İlk qarşılaşmada ispaniyalı Karlos Antonio Qomes Rodrigesi məğlub edən idmançımız ardınca fransalı Klement Delvertə uduzub. Rəqibi finala yüksələn Şükürov təsəlliverici qarşılaşmalara qatılıb. Əvvəl daha bir ispaniyalı Serxio Trilyo Valeryonu mübarizədən kənarlaşdıran cüdoçumuz bürünc medal uğrunda mübarizədə böyük britaniyalı Filip Avitialkarasla üz-üzə gəlib. Görüşün taleyini 2 dəqiqə 14 saniyəyə öz xeyrinə həll edən Şükürov fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30