20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Teymur Rəcəbov: "Şahmat Azərbaycanda bir nömrəli idman növüdür"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2016 superturnirinin VI turunda Azərbaycan şahmatçıları Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov heç-heçə oynayıb. Futbolxeber.az saytının məlumatına görə, partiyadan sonra Rəcəbov oyun haqda bunları deyib: "Şəhriyarla oyun heç-heçə başa çatdı. Heç bir üstünlük yox idi. Ona görə də bərabərlik qaçılmaz oldu. Fikrimcə partiyada fəallıq hiss olunmurdu".

Teymur Rəcəbov Şəmkir turnirində çalışdığı məşqçinin adını çəkmək istəmədiyini bildirdi: "Əlbəttə, kompyuter vasitəsilə hazırlaşırıq. Kömək edən insanların adını çəkmək istəmirəm. Bəzən şahmatçı məşqçini yarışa özüylə gətirir ki, rəqibləri qorxutsun. Belə amilləri xoşlamıram. İşlədiyim məşqçilərin adını açıqlamaq istəməzdim".

Bakı Şahmat Olimpiadasının Azərbaycanın həyatında xüsusi yer tutacağını deyən Rəcəbov şahmatın ölkəmizdə inkişafda olduğunu vurğuladı: "Ölkədə şahmatın inkişafı üçün hər cür şərait var. Məktəblərdə şahmat dərsləri keçirilir. Üstəlik dövlət səviyyəsində şahmatçılar üçün bütün imkanlar yaradılıb. Azərbaycanda şahmata böyük maraq var. Fikrimcə şahmat ölkədə bir nömrəli idman növüdür. Olimpiadaya hazırlıq barədə federasiyada proqram hazırlanıb. Bu barədə federasiyada ətraflı məlumat verilə bilər".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30