20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Kayakçımız II Dünya Kubokunda 1 qızıl, 1 gümüş medal qazandı

Azərbaycan kayakçısı İnna Osipenko Radomskaya Çexiyanın Raçitse şəhərində keçirilən II Dünya Kubokunda daha bir medal qazanıb. Futbolxeber.az saytının məlumatına görə, 34 yaşlı idmançı qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşün qalibi olub.

Osipenko-Radomskaya seçmə yürüşdə finişə 1 dəqiqə 53,797 saniyəyə çatıb. O, bütün rəqiblərini - böyük britaniyalı Raçel Kautorn (1:54.964), isveçli Karin Yohansson (1:55.225), macarıstanlı Tamara Takaş (1:55.436), belçikalı Hermien Peters (1:57.047), braziliyalı Ana Paula Verkuts (1:58.719) və italiyalı Sofia Kampananı (1:59.652) üstələyib. Nəticədə ilk 6 yeri tutanlar yarımfinala yüksəliblər. Növbəti mərhələdə də təcrübəli kayakçı qalib olub. O, 1 dəqiqə 53,393 saniyə nəticə göstərərək, CAR təmsilçisi Bricit Hartli (1:53.415), çinli Yu Ju (1:54.054), avstraliyalı Naomi Flud (1:55.727), kanadalı Mişel Luiz Russel (1:56.610), CAR-ın daha bir idmançısı Esti van Tonder (1:59.604), böyük britaniyalı Haylay-Ceyn Meyson (2:01.432), norveçli Marte Solhauq (2:04.532) və tunisli Afet Ben İsmaili (2:08.382) geridə qoyub.

Beləliklə, Osipenko-Radomskaya finala yüksəlib. Həlledici mərhələdə o, 1 dəqiqə 52,388 saniyə nəticə ilə yürüşün qalibi olub. Çinli Yu Ju (1:52.955) gümüş, danimarkalı Emma Ostrand Yörgensen (1:52.966) bürünc medal qazanıb. Sonrakı yerləri böyük britaniyalı Raçel Kautorn (1:53.777), slovakiyalı Martina Kohlova (1:53.838), CAR təmsilçisi Bricit Hartli (1:54.110), sloveniyalı Spela Ponomarenko Yaniç (1:54.532), isveçli Karin Yohansson (1:55.521) və kanadalı Emili Furnel (1:56.805) tutub.

Beləliklə, Osipenko-Radomskaya II Dünya Kubokunu 1 qızıl, 1 gümüş medalla başa vurub. O, gümüş medalı ötən gün qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə əldə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30