25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Cüdo millimiz Meksikada daha bir medal qazandı

Meksikanın Qvadalaxara şəhərində olimpiya oyunlarına son lisenziya xarakterli “World Masters” turniri davam edir. Futbolxeber.az saytının məlumatına görə, mötəbər turnirin ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub. Rüstəm Orucov millimizin aktivinə daha bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orucov ilk olaraq Birləşmiş Ərəb Əmirlikləri cüdoçusu Viktor Skvortovu, daha sonra belçikalı Dirk van Tileti məğlub edib. Lakin yarımfinalda Yaponiya təmsilçisi Soiçi Haşimotoya uduzub. Orucov bürünc medal uğrunda mübarizədə koreyalı Çangrim An ilə qarşılamalı idi. Lakin rəqibi tamami üzərinə çıxmayıb və Rüstəm Orucov bürünc medala sahib olub.

Xatırladaq ki, yarışın ilk günündə Orxan Səfərov (60 kq) qızıl və Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, 51 ölkədən 235 idmançının (117 kişi, 118 qadın) mübarizə apardığı “World Masters” turnirində Azərbaycan millisi 7 cüdoçu ilə təmsil olunur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30