20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

"Dünya çempionatında heç olmasa, 1 qələbə qazanıb ən yaxşı 3-cü kimi növbəti mərhələyə yüsəlməliyik"

Futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyevin müsahibəsi

- Milli komanda braziliyalı mütəxəssisə həvalə olundu…

- Miltinyo yaxşı və təcrübəli mütəxəsisdir. Ümid edirəm ki, onun gəlişi komandamıza xeyir verəcək. Müxtəlif turnirlərdə bir sıra naliyyətləri var. Rəhbərlik bu seçimi edibsə, demək ki, buna layiq mütəxəssisdir. Ümid edirəm ki, keçmiş baş məşqçilərimiz kimi, onunla da uğur qazanacağıq.

- Səncə, yeni məqşçi heyətdə hansı dəyişiklər edəcək?

- Bunu indi demək çətindir. Düşünürəm ki, əsas planı Dünya Çempionatına vəsiqə qazanan heyəti qorumaq olacaq. Ən azı, 2-3 yeni futzalçı da əlavə oluna bilər. Lakin hansı taktiki gedişlərdən istifadə edəcək, bunu deyə bilmərəm.

- Sentyabrda Kolumbiyada keçiriləcək Dünya çempionatında qrupumuzda yer alan rəqiblər haqda nə deyə bilərsən?

- Qrupumuzda İspaniya, İran və Mərakeş yığmaları yer alır. İspanlar Avropa və dünyanın ən güclü komandalarından biridir. İran yığması isə Asiyanın ən yaxşısıdır. Mərakeş də Afrikada rəqib tanımır. Buradan görsənir ki, heç də asan qrupa düşməmişik. Əsas məqsədimiz ilk 2 pillədə qərarlaşaraq növbəti mərhələyə vəsiqə qazanmaq olacaq. Bunu bacarmasaq da, heç olmasa, 1 qələbə qazanıb ən yaxşı 3-cü kimi növbəti mərhələyə vəsiqə qazanmalıyıq.

- Qrupdan çıxa bilməməyiniz uğursuzluq sayılacaq, yoxsa…?

- Təbii ki, uğursuzluq sayılacaq. Yeni baş məşqçi də bunu bilərək komandaya gəlib. Düşünürəm ki, rəhbərlik ondan minimum vəzifə kimi qrup mərhələsini keçməyi tələb edib. Hələ vaxtımız var. Braziliyalı mütəxəssislə xeyli məşqlər keçib onun taktiki gedişlərinə, məşq tərzlərinə adaptasiya olacağıq.

Mənbə: futbolpress.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30