18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Nəriman Abbasovdan 12-ci qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. Futbolxeber.az saytının məlumatına görə, təmsilçimiz Rusiyanın paytaxtı Moskvada keçirilən MMA üzrə “Fight Nights Global 48” turnirində uğurla çıxış edib. O, Qran-Pri FİGHT NIGHTS yarışının 1-ci yarımfinalında İslam Beqidovla üz-üzə gəlib. 70,3 kq çəki dərəcəsində baş tutan döyüşdə idmançımız rusiyalı rəqibini məğlub edib. Abbasov 3 raund davam edən gərgin görüşdə hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bu qələbə ilə təmsilçimiz Qran-Prinin finalına vəsiqə qazanıb. Bu, onun MMA-da keçirdiyi 14-cü döyüşdə qazandığı 12-ci qələbədir.

Xatırladaq ki, Nəriman yarışın 1/4 final mərhələsində digər rusiyalı Nikolay Qaponovu məğlub edib.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30