20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

"Formula-1"ə dəstək yarışları başa çatdı

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə "Formula-1 yarışlarına dəstək" aksiyası çərçivəsində Bakı şəhər məktəbliləri arasında velosiped idmanı üzrə birinciliyə yekun vurulub. Futbolxeber.az saytının məlumatına görə, final mərhələsi Ağ Şəhər Bulvarında təşkil edilən yarışda rayon birinciliklərində ilk 3 yeri tutmuş 36 komanda mübarizə aparıb.

Reqlamentə əsasən, tərkibi 3 oğlan və 1 qız velosipedçidən ibarət olan komandalar estafet sistemi üzrə mübarizə aparıblar. Nəticələrə gəlincə, Nizami rayonu 251 saylı orta məktəbin komandası ən yaxşı vaxt göstəricisi ilə çempion olub. Xətai rayonu 29 saylı orta məktəbin komandası 2-ci olub. İlk üçlüyü Səbail rayonu 132 saylı orta məktəbin velosipedçiləri tamamlayıb.

Mükafata layiq yerlər tutan kollektivlər medal, diplom, kubok və qiymətli hədiyyələrlə təltif ediliblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30