19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

ShamkirChess2016-nın açılış mərasimi keçirildi

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” superturnirinin açılış mərasimi keçirilib. Futbolxeber.az saytının məlumatına görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək qonaqları ölkəmizdə salamlayıb. O, Şəmkirin beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olduğunu qeyd edib. İcra başçısı iştirakçılara uğurlar arzulayıb.

Gənclər və idman naziri Azad Rəhimov mərhum qrossmeyster Vüqar Həşimovun şahmat karyerasından söz açıb.

FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycanda olmaqdan məmunluğunu ifadə edib.

AŞF-nin vitse-prezidenti Mahir Məmmədov yarışın əhəmiyyətindən söz açıb: "Artıq 3-cü ildir ki, Vüqar Həşimovun xatirə turniri uğurla keçirilir. Vüqarın bizimlə olmamasını qəbul etmək çətindir. Bu turnir onun xatirəsini yaşatmaqda önəmli rol oynayır. "SamkirChess" turniri dünya şahmatsevərləri tərəfindən səbrsizliklə gözlənirilir. Yüksək səviyyəli yarışa görə təşkilatçılara minnətdarlığımı bildirirəm".

O, Bakıda keçirləcək 42 Ümumdünya Şahmat Olimpiadasının da uğurla təşkil ediləcəyindən əminliyini bildirib.

Mərhum şahmatçımız Vüqar Həşimovun atası Qasım Həşimov turnirin ənənəvi olaraq təşkil edilməsinə görə minnətdarlığını bildirib. O, xatirə turnirinin açılış mərasimində FİDE prezidenti, gənclər və idman naziri, icra başçının iştirakının bu yarışın əhəmiyyətindən xəbər verdiyini deyib.

Q.Həşimov şahmata dövlət səviyyəsində göstərilən qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mərhum Vüqar Həşimovun hər zaman Azərbaycan şahmatını qalib kimi görmək istəyini bildirib. Onun sözlərinə görə ShamkirChess turniri Vüqarın xatirəsini yaşatmağa kömək edir. Buna görə də M. Məmmədov təşkilatçılara təşəkkür edib.

Sonra "ShamkirChess 2014 və 2015" turnirlərindən hazırlanmış videoçarx nümayiş olunub.

"Synergy Group" şirkətinin icraçı direktoru Qüdrət Seyfullayev çıxış edib və turnir açıq elan olunub.

Daha sonra yarışın püşkatma mərasimi keçirilib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess” superturniri artıq 3-cü dəfədir təşkil olunur və dünyanın ən mötəbər beynəlxalq şahmat yarışlarından biri kimi qəbul edilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30