24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

Taekvondoçumuz erməniyə qalib gəldi

Bu gün İsveçrədə taekvondo üzrə Avropa çempionatına start verilib. Futbolxeber.az.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 4 idmançısı qüvvəsini sınasa da, onlardan heç biri mükafatçılar sırasına düşə bilməyib.
 
Belə ki, həmyerlilərimizdən Məhəmmədəli Quliyev (58 kq) ilk görüşdə ermənistanlı Haykaz Samvelyanla qarşılaşıb. Taekvondoçumuz rəqibini döyüşə çıxmağa peşman edib. Lakin Quliyev növbəti mərhələdə Salaheddin Bensalehlə (Belçika) dueldən məğlub ayrılıb.
 
54 kq çəki dərəcəsində qüvvəsini sınayan Məcid Sofiyev də ikinci mərhələdə mübarizəni dayandırıb. O, Hassan Heidara (Böyük Britaniya) qalib gəlsə də, Stanislav Denisova (Rusiya) uduzub.
 
Quliyevlə Sofiyevdən fərqli, İlayda Kardelen Çiftçi (46 kq) və İlham Əliyev (54 kq) birinci qarşılaşmasında məğlub olub. Onlar müvafiq olaraq, İrina Romoldanova (Ukrayna) və Mixail Artamanova (Rusiya) uduzublar.
 
Qeyd edək ki, Azərbaycan Avropa çempionatına 17 taekvondoçu ilə yollanıb. 
 
Mənbə: apasport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30