20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Məktəblərdə Bakı Şahmat Olimpiadası haqqında silsilə tədbirlər keçirilir FOTO

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi (BCOOC) bir sıra məktəblərdə təhsil proqramı çərçivəsində şagirdlər üçün silsilə tədbirlər həyata keçirir. Futbolxeber.az saytının məlumatına görə, layihə çərçivəsində məktəblilərə Azərbaycan və rus dillərində şahmat olimpiadalarının keçirilmə tarixi, əhəmiyyətli faktlar, Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadası haqqında ümumi məlumatların əks olunduğu videoçarx nümayiş etdirilir. Şagirdlərə Azərbaycanda şahmatın inkişafı və əldə olunan uğurlar barədə məlumat verilir.Tədbirin sonunda şagirdlərlə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin nümayəndələri arasında sual-cavab xarakterli müzakirələr aparılır.

Layihəyə Naxçıvandan başlanılıb. Tədbirdə 7 məktəbdən 300-dən artıq şagird iştirak edib. 

Qarşıdakı günlərdə paytaxt Bakı ilə yanaşı Gəncə, Şəmkir və Sumqayıt şəhərlərində də şagirdlərlə görüşlər təşkil olunacaq.

Layihənin əsas məqsədi Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasına olan marağı artırmaq və şahmatda kütləviliyi təmin etməkdir.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidməti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30