20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Qadın velosipedçimizdən Rio-2016-ya doğru daha bir addım

Azərbaycanın şosse velosipedi üzrə yığma komandası və Sloveniyanın "BTC Llubljana" Dünya Turu komandasının üzvü Yelena Pavluxina Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq uğrunda növbəti lisenziya xalları əldə edib. Futbolxeber.az saytının məlumatına görə, velosipedçimiz Çində keçirilən "Tour of Zhoushan Island" turunda aktivinə daha 12 reytinq balı yazıb.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı üçgünlük yarışının yekununa əsasən, yığma komandamzın üzvü ümumi təsnifatda 70 velosipedçi arasında 4-cü olub. Qeyd edək ki, Yelena Pavluxina mayın 6-8-də Çində keçirilən digər bir yarış - Dünya Turu statusunu daşıyan "Tour of Chongming" veloturunda da uğurla çıxış etmiş və ümumi təsnifatda 9-cu olaraq 30 reytinq xal qazanmışdı.

Bugünkü 12 xalı nəzərə almasaq, hazırda idmançımız aktivindəki 137 reytinq xalı ilə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reytinq sıralanmasında 685 qadın velosipedçi arasında 70-ci yerdə qərarlaşır. Bu isə Yelena Pavluxinaya Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansı verir.

Qeyd edək ki, UCİ qaydalarına əsasən, qadın velosipedçilərin reytinq xallarını toplaması prosesi mayın 31-də başa çatacaq və yalnız bundan sonra Olimpiya Oyunlarına vəsiqə qazanacaq velosipedçilərin adlarına aydınlıq gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30