29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

"Azəryol"un idman direktoru: "Bu, bizim üçün çox sarsıdıcı xəbərdir”

"Azəryol" voleybol klubunun idman direktoru İlqar İmamquliyevin müsahibəsi

- Klubun avrokuboklardan imtina qərarını necə qarşıladınız?

- "Azəryol" komandası son mövsüm CEV Kubokunda "dörd"lüyə düşmüş, yarımfinaladək irəliləmişdi. Bu, klub tarixində bir ilk idi. Tarixi olaydan sonra  gözləyirdik ki, bu dəfə daha böyük yerlər, hədəflər uğrunda mübarizə aparacağıq. Amma əfsuslar olsun ki, bu gün rəhbərlik tərəfindən avrokuboklara qatıla bilməyəcəyimizə dair rəsmi məlumat çıxdı. Vəziyyət gərəyi bu addım atılıb, qərar qəbul edilib. Yəqin ki, maddi durum "Azəryol"un bu gün avrokuboklarda iştirakına imkan vermir. Əlbəttə, bu, bizim üçün də, voleybol camiəsi üçün də çox üzücü xəbərdir. "Azəryol" kimi komandanın avrokuboklardan kənarda qalması Azərbaycan voleybolu üçün sarsıdıcı zərbədir.

- Daha öncə "Lokomotiv"in də dağılma təhlükəsi ilə üzləşdiyi xəbəri yayılıb. "Azəryol"un da imtinası Azərbaycan voleybolunda hansı fəsadları verə bilər?

- Azərbaycanda 5 komandanın Avropada təmsil olunma haqqı var. Bir çox komandalar var ki, özləri Avropa Voleybol Konfederasiyasına avrokuboklarda iştirak haqqı qazanmaq əlavə ödəmələr edir. Azərbaycan bu haqqı öz zəhməti, reytinqi ilə qazansa da, bu gün onu dəyərləndirmək imkanı yoxdur. Düşünürəm ki, bu, bizim üçün çox üzücü, sarsıdıcı xəbər, qərardır. Ancaq bunun Azərbaycan idmanına, voleyboluna hansı zərbəni vuracağını biz özümüz görəcəyik. Düşünmürəm ki, bu, yaxşı haldır. Azərbaycan voleybolunun çətin halı düzəlməli, maddi yardım göstərilməli, problemin həlli yolu tapılmalıdır. Voleybol nəticə verən tək-tük komanda idman növlərindən biri idi. Komanda şəklində ən yaxşı nəticə vermiş idman növüdür. Ancaq bu gün biz bu cür çətinliklərlə üzləşirik. Bu çətinlik voleybolumuza hərtərəfli təsir göstərir. Sadəcə, bu xəbəri adi qəbul edirik. Amma əfsuslar olsun ki, düzgün xəbərdir və təsdiqlənir.

- Avropa Voleybol Konfederasiyası Azərbaycanın 2 klubunun imtinasını necə qarşılaya bilər?

- Reytinqə əsasən, Azərbaycanın 5 klubu, 3-ü Çempionlar Liqasında olmaqla, avrokuboklarda iştirak hüququ qazanıb. Bu, illər ərzində böyük əziyyətlər bahasına başa gəlib. Nəticələr ildən-ilə yığılan reytinq sayəsində qazanılıb. 2017-ci il Azərbaycanda Avropa çempionatı keçiriləcək. Bu, bizim üçün çox böyük dərd ola bilər. Çünki bu gün çempionatda ən azı 6 komanda yoxdursa və müəyyən sayda komanda avrokubokda iştirak etmirsə, bu, Avropa çempionatının imicinə böyük bir zərbə vura bilər. Hətta beynəlxalq federasiya tərəfindən gözlənilməz addımlar atılması da mümkündür. Bunların hamısı ola biləcək risklərdir və bizim üçün çox böyük çətinliklərdən xəbər verir. Bunu da hamı başa düşür və bilir. İstərdik ki, voleybolun vəziyyəti düzəlməsi yönündə ciddi addımlar atılsın.

- Federasiyada bu məsələyə necə reaksiya verirlər, nə düşünürlər?

- Federasiya illərdir əlindən gələni gedir. Bu gün vəziyyət bu yerə gətirib ki, voleybolumuz bu səviyyəyə enib. Bu gün rəhbərlik voleybolda bəlli bir səviyyəni qorumağa çalışır. Faiq Qarayev illərdir əlindən gələni edir. O, voleybolun nəticələrinin aşağı düşməməsi üçün sinəsini gərib. Amma əlbəttə ki tək əldən səs çıxmır. Bu gün vəziyyət çox çətindir. Söhbət təkcə voleyboldan getmir. Hər kəs əl-ələ verib idmanı düzəltməliyik. Çünki idman Azərbaycanın beynəlxalq arenada təmsil olunmasında, reklam olunmasında ən böyük vasitələrdən biridir. Bunu itirəriksə, bu bizim üçün böyük sarsıdıcı zərbə olar. Federasiya çox çalışır. Federasiyanı nədəsə günahlandırmaq düzgün olmaz. Federasiya da istəyir ki, Azərbaycan voleybolu avrokuboklarda çoxlu klubla təmsil olunsun, ölkə çempionatı keçirilsin, yerli mütəxəssis və yerli oyunçular yetişsin. Klubların geri çəkilməsi federasiyanın da imicinə böyük zərbə vurur və onları çətin duruma salır. Federasiyadan Faiq Qarayevin zəhmətini qeyd etmək istəyirəm. Çünki o, inanılmaz işlər görür ki, həm qadın, həm kişi komandaları, həm də klublar çətinliklərdən çıxsınlar. Bu, fenomenal addımlardır. Bunu tam səmimi deyirəm və sözlərimin arxasında bir şey ola da bilməz. Çünki biz, sadəcə, görülən iş və göz qabağında olan nəticədən danışırıq. Bu gün bütün bu amillər federasiyaya təsir edir. Biz də bir klub, mən isə gənc mütəxəssis olaraq, demək istəyirəm ki, biz böyük uğurlar qazanmışıq. "Rabitə" komandası ilə çox böyük hədəflər üçün oynamışıq, dünya çempionu olmuşuq, Çempionlar Liqasının finalında oynamışıq. Bu gün mənim üçün bu səhnəni görmək çox sarsıdıcıdır. Həmişə ilk ulduz oyunçu transfer edən klub, ölkə kimi növbəti mövsüm üçün bir transfer də etməmişik. Vəziyyət acınacaqlıdır. Düşünürəm ki, bu, heç də yaxşı nəticəyə gətirib çıxartmayacaq. Sözlərimi şikayət yox, voleybol camiəsinin fəryadı kimi çatdırmaq lazımdır. İdman bizim siyasətdə öncül yerləri tutur. Bu gün biz voleybolu itirsək, çox şeyi itirmiş olarıq.

Mənbə: report.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31