18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

“Tour d`Azerbaidjan-2016”nın qalibləri danışdı: “Bütün gücümü sərf etdim”

“Tour d`Azerbaidjan-2016”nın qaliblərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, fərdi mübarizədə yarışın qalibi adını qazanan Avstriyanın “Felbemayer” klubunun üzvü Markus Eybeger bunları söyləyib: “Yarış çətin alındı. Komandamızdan 4 nəfər mübarizədə iştirak etməmişdi. Bununla belə, mövcud qüvvə ilə əlimizdən gələni etdik”.

Turun ən yaxşı gənc velosipedçisi olan Rusiyanın “Qazprom-Ruslevo” komandasının üzvü İldar Arslanov fikirlərini belə ifadə edib: “Yarış yaxşı keçdi. Təşkilatçlığı çox bəyəndim. Yollar da çox gözəl idi. Qazandığım uğura görə komandama minnətdaram”.

Yarışın dağ mərhələsinin qalibi adını Fransanın “Bridcston Ankof” komandasından Tomas Leba qazanıb. O, qələbə üçün əlindən gələni etdiyini vuröulayıb: “Əlimə düşən şanslarımdan istifadə etdim. Dağ mərhələsində qalib gəlmək üçün bütün gücümü sərf etdim”.

“Tour d`Azerbaidjan-2016”nın ən yaxşı sprinteri adını isə Avstriyanın “Felbemayer” komandasını üzvü Daniel Şorn qazanıb: “4-cü yarışda bir qədər geri qalsam da, bu mərhələdən tam razıyam. Bugünkü turun sonunda tam gücümüzlə çıxış etdik. Pis nəticə göstərmədiyimizi düşünürəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30