29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Rafael Ağayev 13-cü dəfə Avropa çempionu oldu

Fransanın Monpelye şəhərində keçirilən karate üzrə 51-ci Avropa çempionatında fərdi yarışlar keçirilir. Futbolxeber.az saytının məlumatına görə, 46 ölkədən 437 idmançının qatıldığı turnirdə Azərbaycan milli komandası da mübarizə aparıb. Yarışda uğurla çıxış edən yığmamızın heyətində “Qəbələ” İdman Klubunun üzvləri də tatmı üzərinə çıxıblar.

Avropa çempionatına yollanan təmsilçilərimizdən Rafael Ağayev 75 kq çəki dərəcəsində qitə çempionu tituluna yiyələnib. Andorralı Serxi Herveri 5:0, avstriyalı Stefan Pokornını 4:0, macar Qabor Harspatakini 1:0 hesabı ilə məğlub edən idmançımız yarımfinalda fransalı Loqan da Kostanı 6:0 hesabı ilə üstələyib. Həlledici qarşılaşmada Türkiyə idmançısı Erman Eltemurla görüşən karateçimiz 3:0 hesabı ilə qalib gəlib. Bununla da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Ağayev 13-cü dəfə Avropa çempionatının qızıl medalını qazanıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31