25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Bürünc medal qazanan cüdoçumuz: “Hamı çempion olacağımı deyirdi”

“Böyük dəbilqə” ən güclü yarışlardan biridir. Turnirdə dünyanın bir çox ölkələrindən olan idmançılar mübarizə aparır”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri cüdo millimizin üzvü Rüstəm Orucov deyib.

Bakıda keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanan cüdoçumuz finala yüksələ bilmədiyinə görə məyusluğunu gizlətməyib: “Təbii ki, finala yüksəlmək istədyirdim. Amma ukraynalı idmançı ilə görüşdə səhvə yol verdim və nəticədə bürünclə kifayətlənməli oldum”.

Rüstəm Orucov qarşıdakı planlarından da söz açıb: “Qazaxıstanda baş tutacaq turnirdə iştirak etməyəcəm. Çünki hazırda daha çox məşq edib, fiziki durumumu yaxşılaşdırmalıyam. Amma Meksikadakı turnirə qatılacağam”.

Rio olimpiadasına cüdo yığmamızın əsas medal ümidlərindən olan Orucov qarşıya qoyulan məqsədə çatmaq üçün əlindən gələni edəcəyini bildirib: “Cüdoda proqnoz vermək çətindi. Çünki hər anın öz hökmü var. Hər saniyə vəziyyət tam dəyişə bilər. “Böyük dəbilqə”də hamı çempion olacağımı deyirdi. Lakin kiçik bir səhvə yol verdim və uduzdum. Olimpiadaya çox ciddi hazırlaşacağam. Əlimdən gələni edəcəyəm ki, mənə bəslənən ümidləri doğruldum”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30