26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Tour d`Azerbaidjan-2016”nın lideri: “Sabah Bakıdakı mərhələ maraqlı olacaq”

“Yarışın son mərhələ çox çətin oldu. Sona 1 kilometr qalmış sprintə çıxdıq. Yekunda istəyimə çatdım. Təbii ki, qalib gəldiyim üçün çox şadam. Daha əvvəlki mərhələlərdə ilk “üçlük”də olsam, qalib gələ bilməmişdim”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Tour d`Azerbaidjan-2016”nın IV mərhələsinin qalibi, "Nasr-Dubai" klubunun üzvü Luka Vakermann deyib.

4 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini əlıə keçirən Markus Eybeger isə mərhələni belə dəyərləndirib: “Mərhələnin gedişində liderliyi qoruyub saxlamaq çətin oldu. Son 10 kilometrdə komandamızdan 2 nəfər geridə qaldı. Rəqiblərdən çox hücum oldu”.

Eybeger sabah Bakıda baş tutacaq V mərhələdən də söz açıb: “Güman edirəm ki, maraqlı olacaq. Daşlı yolda, eləcə də üzüyuxarı yoxuş olan yerdə mübarizə gərgin olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30