26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Azərbaycan kimi ölkədə keçirilən mötəbər yarışda qalib olmaq çox xoşdur”

“Bugünkü mərhələ olduqca maraqlı keçdi. Məsafənin son 5 kilometri 4-5 faiz yoxuş idi. Finişə yaxın rəqiblər hücuma keçdilər. Lakin sonda tam sürətlə finişə doğru irəliləyərək qalib oldum”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Synergy Baku”nun üzvü, “Tour d`Azerbaijan-2016”nın III mərhələsinin qalibi Matey Mügerli deyib.  

O, mərhələnin qalibi olduğunu görə sevincini gizlətməyib: “Azərbaycan kimi ölkədə keçirilən mötəbər yarışda qalib olmaq çox xoşdur. Həm mənim üçün, həm də komandam üçün yaxşı nəticə qazandıq”.

Mügerli qeyd edib ki, “Tour d`Azerbaijan-2016”nın ilk 3 mərhələsində “Synergy Baku”nun köynək qazanmaması böyük problem deyil: “Əsas komandamızın qələbəsidir. Köynək önəmli deyil. Ötən il 3-4 köynək qazansaq da, heç bir mərhələdə qalib ola bilməmişdik”.

“Synergy Baku”nun üzvü III mərhələdə bəzi idmançıların toqquşmasına da münasibət bildirib: “Belə hallar olur. Təşkilatçılar təhlükəsizlik üçün hər şeyi etmişdilər. Bu məsələdə günah idmançılardadır. Lakin bunu adi hal kimi qəbul etmək lazımdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30