29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

“Tour d`Azerbaidjan-2016”: Qalib yenə “Synergy Baku”nun üzvü oldu

"Tour d’Azerbaidjan-2016” veloyürüşündə 3-cü mərhələ başa çatıb. Futbolxeber.az saytının məlumatına görə, 19 ölkəni təmsil edən 21 komandanın üzvləri 10:30-da Qəbələdə mübarizəyə start veriblər. Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə hərəkət edən idmançılar 177,2 km məsafə qət ediblər. Dünən olduğu kimi, bu dəfə də qalib Azərbaycanı təmsil edən “Synergy Baku”nun üzvü olub. Komandamızın üzvü Matey Mügerli finişə birinci çatıb.  

Marşrutu 4 saat, 18 dəqiqə, 44 saniyəyə başa vuran Müqerli, bununla da finişi onunla eyni vaxtda keçən 13 nəfərlik qrupda hamını qabaqlayıb. 2-ci yerə dünən olduğu kimi, yenidən Avstryianın "Felbermayr - Simplon Wels" klubunun üzvü, ötən mövsümü "Synergy Baku"nun heyətində keçirən Markus Eybeger layiq görülüb. İlk 3-lüyü Birləşmiş Ərəb Əmirliklərinin "NASR-Dubai" komandasının üzvü Luka Vakerman tamamlayıb.

"Synergy Baku"nun digər üzvlərinə gəlincə, Maksim Averin 12-ci, Matiya Kvasina 20-ci, Kiril Pozdnyakov 22-ci, Yannis Tamuridis isə 30-cu olub. Bu nəticə "Synergy Baku"ya komanda hesabında 1-ci yeri qorumağa imkan verib. Ümumi təsnifata gəlincə, komanda üzvlərimizdən Maksim Averin 4-cü, Matey Müqerli 7-ci, Matiya Kvasina 12-ci, Kiril Pozdnyakov isə 13-cüdür.

3 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini Avstriyanın "Felbermayr - Simplon Wels" klubunun üzvü Daniel Şorn ələ keçirib. O, həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli "SOCAR köynəyinə də yiyələnib. İtaliyanın "Unieuro Wilier" komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli "AZAL"köynəyini, Rusiyanın pro-kontinental "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyini özündə saxlayıb.

Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim ediblər.

Kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan sabahkı yarış günündə iştirakçılar saat 10:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürəcəklər və 115,3 km məsafə qət etdikdən sonra Pirquluda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31