28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Cüdo üzrə "Böyük dəbilqə" turniri start götürdü

Bakıda cüdo üzrə "Böyük dəbilqə" turnirinə start verilib. Futbolxeber.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında 3 gün davam edəcək yarışda 76 ölkədən 449 cüdoçu (280 kişi, 169 qadın) qüvvəsini sınayacaq.

Bu yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından da önəmlidir. 154 min dollar mükafat fonduna malik yarışda hər çəkidə qalib gələn cüdoçular qızıl medalla yanaşı, 5000 dollar pul mükafatına və 500 lisenziya xalına sahib olacaqlar. Finalçılar gümüş medal, 300 lisenziya xalı və 3000 dollar, hər çəkidə üçüncü yeri tutan iki cüdoçu isə bürünc medal, hərəyə 200 lisenziya xalı və 1500 dollar qazanacaqlar.

Bu gün 10 idmançımız mübarizə aparacaq.

Qadınlar arasında 48 kq-da Aişə Qurbanlı və Şəfəq Məmmədova mübarizə aparacaq.

Kişilərdən 60 kq-da Orxan Səfərov, İlqar Müşkiyev, Vüqar Şirinli, Elbrus Zamanov, 66 kq-da Orxan Əsgərzadə, Tərlan Kərimov, Famil Məmmədzadə və İskəndər Talışinski uğur qazanmağa çalışacaqlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31