19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

“Azərbaycan artıq Avropa, dünya və Olimpiya çempionlarına malikdir”

Bakıda təşkil olunacaq cüdo üzrə "Böyük dəbilqə" turniri ilə bağlı mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) idman direktoru Daniel Laskau Azərbaycan Cüdo Federasiyasının son 15 ildə böyük işlər gördüyünü qeyd edib: “Bu yarışda Olimpiya, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları qatılacaq. Azərbaycan artıq Avropa, dünya və Olimpiya çempionlarına malikdir. Ölkənizdə ötən illə müqayisədə daha böyük inkişafın şahidiyik. Federasiyanıza, gənclər və idman nazirliyinizə və sponsorlara minnətdaram. Onlarla yanaşı, bir çox könüllünün xidmətindən yararlanacağıq. 3 gün davam edəcək yarışda yüksək səviyyəli döyüşlərin şahidi olacağımıza inanıram".

Hakimlər Komitəsinin rəhbəri Berd Axiles yarışa hazırlığın yüksək səviyyədə olduğunu bildirib. O deyib ki, yarışı idarə edəcək hakimlərin çoxu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da iş başında olacaqlar. B.Axilles yarışda 14 hakimin iş başında olacağını söyləyib.

ACF-nin baş katibi Elmar Babanlı 4 il öncə "Böyük dəbilqə" kimi nüfuzlu yarışı Azərbaycana həvalə etdiyi üçün İJF-yə minnətdarlıq edib. O, turnirin daha 4 il Bakıda təşkili məqsədilə danışıqların aparılacağını söyləyib: "Bu yarış idmançılarımız üçün xal ehtiyatlarını yaxşılaşdırmaq və olimpiadaya lisenziya xallarını artırmaq baxımından yaxşı fürsətdir. İnanıram ki, cüdosevərlər üç gün ərzində gözəl cüdo mübarizəsinin şahidi olacaqlar".

Cüdo üzrə Azərbaycan millisinin məşqçisi Mövlud Mirəliyev yarışa yüksək səviyyədə hazırlaşdıqlarını bildirib. Mirəliyev bu yaxınlarda Avropa çempionatında 1 qızıl, 1 gümüş və ilk dəfə komanda yarışında 1 bürünc medal qazandıqlarını xatırladıb. Onun sözlərinə görə, "Böyük dəbilqə"də zədə üzündən Nicat Şıxəlizadə (66 kq) ilə Elmar Qasımov (100 kq) çıxış etməyəcəklər.

Şansları dəyərləndirən Mirəliyev proqnoz verməyin çətin olduğunu söyləyib. Bununla belə, Mirəliyev 3-4 medal gözlədiklərini bildirib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30