20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Sahib Ələkbərov: “Synergy Baku”nun məqsədi Azərbaycanı layiqincə təmsil etməkdir”

Bu gün "Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2016" veloturuna həsr olunmuş mətbuat konfransı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, konfransda veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer iştirak edib.

Tədbiri giriş sözü ilə açan Sahib Ələkbərov Azərbaycanda velosiped idmanına olan dövlət qayğısından söz açıb. O, qeyd edib ki, son zamalar ölkəmizdə idmanının bu növünün inkişafı üçün bir çox idman obyektləri inşa olunub. Vitse-prezident son zamanlar “Synergy Baku”nun qazandığı uğurlara da toxunub.

S. Ələkbərov qeyd edib ki, ötən il “Eurosport” kanalı vasitəsi ilə “Tour d`Azerbaidjan” veloturu barədə sujetlərə 56 ölkənin 72 telekanalı vasitəsi ilə 32,7 milyondan çox insan tamaşa edib.

Builki yarışda 18 ölkədən 21 komandanın mübarizə aparacağını qeyd edən S. Ələkbərov “Tour d`Azerbaijan-2016”nın 5 mərhələdən ibarət olacağını vurğulayıb. Ötən illə müqayisədə yalnız bir mərhələdə dəyişiklik edilib. Mingəçevir turunu ənənəvi olan Pirqulu turu əvəzləyib. Təşkilatçılıq işləri artıq yekunlaşmaq üzrədir. Yeganə narahatçılıq doğuran məqam hava şəraitidir. Bununla belə, Sahib Ələkbərov yağış yağacağı halda belə, ciddi problem yaşamayacaqlarını qeyd edib.

Çıxışının sonunda Ələkbərov yarışda ölkəmizi təmsil edəcək “Synergy Baku” komandasından da söz açıb: “Komandamız güclüdür. Ümid edirik ki, bu dəfə onlar uğur qazanmaqla bizi sevindirəcəklər”.

Daha sonra tədbirdə Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer çıxış edib: “Burada olmaqdan çox məmnunam. Təmirdən çıxmış Respublika velotrekini çox bəyəndim. Dünyanın bir çox ölkələrində olmuşam. Əminliklə deyirəm ki, buradakı bina çox möhtəşəmdir və özünəxməsusluğu ilə seçilir. Daha əvvəl də qonaq kimi “Tour d`Azerbaijan”da iştirak etmişəm. Turnir haqda yetərincə məlumatım var. Daha əvvəl də qeyd olunduğu kimi, budəfəki yarışda 21 komanda mübarizə aparacaq. Bu isə turnirin yüksək səviyyəsindən xəbər verir”.

Ardınca jurnalistlərin suallarını cavablandıran Sahib Ələkbərov məqsədlərinin Azərbaycanın adını daim yüksəkdə tutmaq olduğunu qeyd edib: “Biz mərhələ-mərhələ irəliyə gedirik. Məqsədimiz budur. Azərbaycana yalnız irəli getmək yaraşır. Bu il də güclü komandamız var. Komanda üzvlərindən ikisi olimpiadada iştirak edəcək. Üstəlik, komandaya yeni idmançılar cəlb olunub. “Synergy Baku”nun qarşısına konkret məqsəd qoyulmayıb ki, mütləq çempion olmalıdırlar. Bizim məqsədimiz Azərbaycanı layiqincə təmsil etməkdir”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30