20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Qadın velosipedçimiz Çexiyada çempion oldu

Azərbaycanın şosse velosipedi üzrə yığma komandası və Sloveniyanın "BTC City Ljubljana" klubunun üzvü Yelena Pavluxina Çexiyada keçirilən və 5 mərhələdən ibarət olan "Gracia Orlova" turunu qələbə ilə başa vurub. Futbolxeber.az saytının məlumatına görə, yarışın 2-ci mərhələsində hamını qabaqlamaqla ümumi təsnifatda lider köynəyini ələ keçirən velosipedçimiz bu üstünlüyünü sonadək qoruyub.

Məlumat üçün onu da qeyd edək ki, idmançımız Hollandiyanın nüfuzlu "Rabobank" klubunun avstraliyalı üzvü Sara Gillounu 1 dəqiqə, 45 saniyə, Almaniyanın "Canyon Sram Racing" komandasının belaruslu nümayəndəsi, Bakı-2015 ilk Avropa Oyunlarının qalibi Alyona Amalisyuku isə 1 dəqiqə, 50 saniyə qabaqlayıb.

Bu qələbə Yelena Pavluxinaya Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə yolunda növbəli lisenziya xalları da qazandırıb. Belə ki, təmsilçimiz 2-ci mərhələnin qalibi olmaqla 8, ümumi təsnifat birinciliyinə görə isə əlavə 40 reytinq xalı əldə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30