28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

"Qarabağ münaqişəsi yarışların Bakıda keçirilməsinə təhlükə yaratmır"

Beynəlxalq Avtomobil Federasiyası (FİA) və "Formula-1" rəhbərlikləri əmindirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Avropa Qran-prisinin Bakıda keçirilməsinə mane olmayacaq. Bu barədə "Inautonews" məlumat yayıb.

"Biz əminik ki, Avropa Qran-prisi təhlükəsizlikdədir. Biz və FİA son xəbərləri izləyirik, lakin avtomobil yarışları siyasətdən kənardır. Bundan əlavə, bildiyimiz qədəri ilə gərginlik azalıb", - deyə FİA-nın mətbuat katibi bildirib.

"Mən əminəm ki, münaqişə yarışa təsir etməyəcək. Bəhreyndə də eyni vəziyyət yaranmışdı. Biz bu işlərin içində deyilik. "Formula-1" heç kimlə müharibə aparmır", - deyə "Formula-1"in rəhbəri Berni Ekklstoun söyləyib.

Qeyd edək ki, Avropa Qran Prisi 17 - 19 iyunda Bakı küçələrində keçiriləcək.

Mənbə: report.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31