29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Pərviz Musayev: “Tour d’Azerbaidjan-2016” dövlət əhəmiyyətli tədbirdir”

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev Futbolxeber.az saytına müsahibə verib.

- “Tour d’Azerbaidjan-2016”nın startına sayılı günlər qalıb. Əvvəlcə yarış barədə qısa məlumat verməyinizi istərdik.

- “Tour d’Azerbaidjan-2016” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışıdır. Yarış 5 mərhələdən ibarət olacaq. “Tour d’Azerbaidjan-2016”da 19 ölkədən 21 komanda iştirak edəcək. Onlardan 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır.

- Əvvəlki illərdə olduğu kimi yarış yenə də 5 mərhələdən ibarət olacaq?

- Bəli. İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər.

- Hazırlıqlar artıq yekunlaşıb?

- Hazırda hazırlıq prosesinin son mərhələsidir. Komandaların məskunlaşması, qidalanması, otellər və s. bu kimi digər məsələlər artıq ən yüksək səviyyədə həll olunub. Yollara daim nəzarət olunur. Azərbaycan Velosiped İdmanı Federasiyasının nümayəndələri hər mərhələdən öncə yollara son baxış keçirirlər. Çünki yolda hər şey ola bilər. Hər hansı bir problemin yaranmaması üçün bu məsələyə çox diqqətlə yanaşılır. Dövlət orqanlarına, icra hakimiyyətlərinə, nazirliklərə müvafiq məktublar göndərilib. “Tour d’Azerbaidjan-2016” dövlət əhəmiyyətli tədbirdir. Dövlət orqanları da daim bizimlə əməkdaşlıq edirlər, heç kim köməyini əsirgəmir. Buna görə də onlara öz dərin minnətdarlığımızı bildiririk. Hər zaman olduğu kimi, yenə də yarışı ən yüksək səviyyədə keçirmək istəyirik.

- Ölkəmizi bu yarışda təmsil edəcək “Synergy Baku”nun heyəti artıq müəyyənləşib?

- Hər komandanın heyətində 6 velosipedçi olacaq. Lakin heyətimiz hələ müəyyənləşməyib. Hazırda seçim davam edir. Qarşıdakı günlərdə yekun heyət müəyyənləşəcək. Yarışda ən güclü heyətlə mübarizə aparacağıq.

- Ötən il komanda hesabında turun qalibi olan “Synergy Baku”nun budədəki məqsədi nədir?

- Bildiyiniz kimi, komandamız bu yaxınlarda Xorvatiyada keçirilən nüfuzlu turnirdə qalib oldu. Üstəlik, təmsilçimiz lider maykasına sahib çıxdı. Ötən il “Synergy Baku” komanda hesabında qalib olub. Bu dəfə də komandamızdan yaxşı nəticə gözləyirik. Hazırda idmançılarımız yaxşı formadadırlar.

- 1 il əvvəl “Synergy Baku”nun heyətinin yarısını yerli, gənc idmançılar təşkil edirdi. Bu dəfə də eyni hala şahid ola biləcəyik?

- Dediyim kimi, hazırda seçim aparılır. Digər idman növlərində olduğu kimi, bizim komandada da yerilərlə tanaşı, legionerlər də olur. Hər kəsin ümumi amalı komandanın uğur qazanmasıdır. Üstəlik, Xorvatiyada qazanılan son uğurdan sonra komandamıza diqqət çox yüksək səviyyədədir. Hazırda hamı “Synergy Baku”dan danışır.

- “Tour d’Azerbaidjan-2016” “Eurosport” kanalı vasitəsi ilə yayımlanacaq?

- Bəli. Ardıcıl üçüncü dəfə “Eurosport” yarışı yayımlayacaq. Hər gün “Eurosport 1”dən 15 dəqiqəlik kiçik icmal olacaq. Axşam saatlarında isə “Eurosport 2” kanalında 45 dəqiqəlik icmal tamaşaçılara təqdim ediləcək. Yəni, hər gün 1 saatını “Eurosport” “Tour d’Azerbaidjan-2016”ya ayıracaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31