24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

“Azərbaycan millisini çalışdırmaqla bağlı aldığım təklif olduqca cazibədar idi”

Futzal üzrə “Kaytar” klubunun və Qazaxıstanın baş məşqçisi Kakau Azərbaycan millisinin çalışdıracağı haqda yayılan xəbərlərə aydınlıq gətirib. Futbolxeber.az saytının məlumatına görə, “Kayrat”ın rəsmi saytına danışan Kakau Qazaxıstan millisində qalmaq istədiyini bildirib: “Əvvəla, unudursunuz ki, mənim hazırda “Kayrat”la davam edən müqaviləm var. O ki qaldı milliyə, Qazaxıstan Futbol Federasiyasının prezidenti ilə danışığımız olub. Mən söz verdim ki, Kolumbiyadakı dünya çempionatı bitənə qədər millidə qalacağam. Sözümün üstündə durmağa öyrəşmişəm. Özüm də Qazaxıstandakı fəaliyyətimi davam etdirmək istəyirəm. 4 il millidə demək olar ki, müqaviləsiz işləmişəm. Amma buna fikir verməmişəm. Çünki Qazaxıstan mənim ikinci evimdir”.   

Kakau Azərbaycandan təklif aldığını gizlətməyib: “Azərbaycan millisini çalışdırmaqla bağlı aldığım təklif olduqca cazibədar idi. Təkcə maddi baxımdan yox. Lakin bu təklifi qəbul edəcəyim halda, “Kayrat”dan da ayrılmalı olacaqdım. Mənim isə klubla 2018-ci ilin mayına qədər qüvvədə olan müqaviləm var. Hər an Qazaxıstan Futbol Federasiyası ilə yeni müqavilə imzalamağa hazıram. Çünki qarşıdan dünya çempionatı gəlir. Bir daha maraqlı təklifə görə Azərbaycan tərəfinə minnətdaram. Ancaq hazırda komandamı ata bilmərəm”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30