20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Cüdoçumuz Avropa ikincisi oldu

Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatına start verilib. Futbolxeber.az saytının məlumatına görə, Rio Olimpiadasına lisenziya xarakterli yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, Azərbaycan milli komandası aktivinə 1 medal yazdırıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Orxan Səfərov mübarizəyə 1/8 finaldan başlayıb. Lüksemburqlu Tom Şmitə qalib gələn Səfərov, daha sonra əslən azərbaycanlı olan Belarus təmsilçisi Arif Bağırov üzərində inamlı qələbə qazanıb. 1/4 finalda hollandiyalı Jeron Muren, yarımfinalda isə italiyalı Elios Mansini qalib məğlub edən cüdoçumuz adını finala yazdırıb. Lakin həlledici qarşılaşmada Fransa təmsilçisi Valid Xyara uduzaraq Avropa çempionatının gümüş medalına sahib olub. Bu çəkidə mübarizə aparan millimizin digər üzvü İlqar Müşkiyev çempionatda 7-ci yeri tutub.

Digər cüdoçularımız Tərlan Kərimli (66 kq) və Aişə Qurbanlı (48 kq) mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, 46 ölkədən 394 (229 kişi, 165 qadın) idmançının qatıldığı mötəbər yarışda millimiz 9 kişi və 1 qadın cüdoçu ilə təmsil olunur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30