23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Azərbaycan akademik avarçəkənləri I Dünya Kubokunda çıxış ediblər

İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə I Dünya Kuboku keçirilib. Futbolxeber.az saytına Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanı Vassil Vitanov və Cavid Əfəndiyevdən ibarət duet təmsil edib.

Onlar 2 nəfərlik qoşa avarlı yüngül çəkilib qayıqla (LM2x) 2000 metr məsafəyə yürüşlərə qatılıblar. Seçmə yürüşdə Vitanov - Əfəndiyev dueti finişə 7 dəqiqə 10,150 saniyəyə çataraq, CAR, Belçika, Hollandiya, İspaniya və Kipr təmsilçilərindən sonra 6-cı yeri tutub.

Təsəlli yürüşündə Azərbaycan cütlüyü finişə daha tez - 6 dəqiqə 34,560 saniyəyə çatıb. Bu göstəricidə Hollandiya, İspaniya, Polşa və Türkiyə duetlərindən geri qalan Vitanov - Əfəndiyev cütlüyü yalnız Avstriya idmançılarını üstələyə bilib.

Azərbaycan təmsilçiləri çıxışlarını C Finalında başa vurublar. Bu dəfə Vitanov - Əfəndiyev dueti Kipr, Anqola və Avstriya avarçəkənlərini qabaqlayıb və 6 dəqiqə 36,870 saniyə nəticə ilə yürüşün qalibi olub. Beləliklə, ümumi sıralamada onlar 13-cü olublar.

Qeyd edək ki, bu, Vassil Vitanov - Cavid Əfəndiyev duetinin xaricdə ilk sınağı olub. Hazırda onlar növbəti reqatalara, o cümlədən, 22 - 25 mayda İsveçrənin Lütsern şəhərində keçiriləcək Avropa və Final Olimpiya Təsnifat Reqatasına hazırlaşırlar. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün bu cütlük qarşıdakı yarışda ilk 2 yerdən birini tutmalıdır.

Hazırlıq prosesində hələ ötən il "Rio-2016"ya lisenziya əldə etmiş Aleksandr Aleksandrov - Boris Yotov dueti də iştirak edir. Onlar olimpiadada 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) çıxış edəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30