20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Veloparkda kriterium yarışı

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün təqvim planına uyğun olaraq, Veloparkda Açıq Bakı Kriterium yarışlarının 2-ci mərhələsi keçirilib. Futbolxeber.az saytının məlumatına görə, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.

Qızların mübarizəsində 8 saylı Olimpiya Ehtiyatları Məktəbinin (8 saylı OEQİUGM) təmsilçisi Validə Cabbarova hamıdan güclü olub. Onun komanda yoldaşı Maksim Naperstkov isə gənc oğlanların mübarizəsində bütün rəqiblərini qabaqlayıb.

U-15, U-17 və U-23/Elit kateqoriyasında fəxri kürsünün ən yüksək pilləsinə Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin (OEQİUGVM) üzvləri Nikita Sıtov, İvan Orlov və Orxan Məmmədov qalxıblar. Açıq Bakı Kriterium yarışlarının sonuncu, 3-cü mərhələsi aprelin 23-də keçiriləcək.

Qızlar

1. Validə Cabbarova (8 saylı OEQİUGM)

2. Viktoriya Buxenskaya (OEQİUGVM)

3. Elfanə Camalova (8 saylı OEQİUGM)

U-15

1. Nikita Sıtov (OEQİUGVM)

2. Fədail Mahmudov (8 saylı OEQİUGM)

3. Emil Əliyev (8 saylı OEQİUGM)

U-17

1. İvan Orlov (OEQİUGVM)

2. Vüqar Nəsibov (Neftçi İKİB)

3. Mahmud Məmmədov (Neftçi İKİB)

Gənclər

1. Maksim Naperstkov (8 saylı OEQİUGM)

2. Bakir Dadaşov (OEQİUGVM)

3. Mikayıl Səfərli (8 saylı OEQİUGM)

U-23 / Elit

1. Orxan Məmmədov (OEQİUGVM)

2. Ayxan İltifatlı (OEQİUGVM)

3. Elvin Nağıyev (OEQİUGVM)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30