29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

İtaliya millisi də dünya çempionatında Azərbaycana potensial rəqib oldu

Futzal üzrə dünya çempionatında Avropanı təmsil edəcək sonuncu komanda müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, 2 oyunun nəticəsinə əsasən Macarıstanı 9:0 hesabı ilə üstələyən İtaliya yığması mundiala vəsiqə qazanıb. Bununla da dünya çempionatının 17 iştirakçısı artıq məlumdu.

Avropanı mundialda Azərbaycan yığmasından başqa, İtaliya, İspaniya, Qazaxıstan, Portuqaliya, Ukrayna və Rusiya təmsil edəcək.

Asiyadan Avstraliya, İran, Tailand, Özbəkistan və Vyetnam, Cənubi Amerikadan Braziliya, Argentina və Paraqvay, Okeaniyadan isə Solomon adaları dünya çempionatına vəsiqə qazanıb.

Kolumbiya isə ev sahibi kimi mundilada mübarizə aparacaq.

Dünya çempionatında mübarizə aparacaq son 7 komanda isə mayın 15-nə kimi müəyyənləşəcək. Afrikanı təmsil edəcək 3 milli komandanın adı 24 aprelə, Şimali Amerikadan mundiala vəsiqə qazanacaq 4 kaomanda isə 15 maya qədər məlum olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31