25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

“Torpaqlarımızın 20 faizi işğal altında olduğundan gənclərimizdə döyüş ruhunu aşılamalıyıq”

“MMA FIGHTING SERİES” seriya yarışları davam edir. Futbolxeber.az saytının məlumatına görə, ikinci yarış aprelin 14-də Qafqaz Baku Sport Oteldə baş tutacaq.

Turnir "Qəbələ" İdman Klubunun və “Azerbaijan Fight Club” döyüş klubunun təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi və Beynəlxalq MMA GEFC liqasının dəstəyi ilə keçiriləcək. Bu gün "TT Fight Club"da çəkiölçmə və turniröncəsi mətbuat konfransı keçirilib.

Tədbirdə ilk öncə son günlər cəbhədə şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Öncə söz Beynəlxalq MMA Liqasının prezidenti Elxan Vəliyevə verilib. O, Azərbaycan xalqının öz idmançıları ilə fəxr etməli olduğunu bildirib: “Azərbaycanda yenidən olduğum üçün çox şadam. Ölkə rəhbərliyi idmanın inkişafı üçün böyük işlər görür. Təkbətək idman növlərində də inkişaf göz önündədir. Azərbaycan xalqı əfsanəvi idmançıları ilə fəxr edə bilər. Daha əvvəl Şəhriyar Abbasov Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirdi. Hazırda o karyerasını bitirsə də, layiqli davamçıları var. Bakıda baş tutan yarışlar çox yüksək səviyyədə təşki olunur. Bunda qafqazlı azarkeşlərin də böyük rolu var. MMA-nı Azərbaycanda inkişaf etdirən şəxlərə, “Qəbələ” Idman Klubuna təşəkkür edirəm”.

MMA Prime Fight Pro beynəlxalq assosiasiyasının icraçı direktoru Aleksey Yatsenko isə Bakıda gördüklərindən çox məmnun olduğunu vurğulayıb: “Bu, Bakıya ilk səfərim deyil. Daha əvvəl 1987-ci ildə Bakıda olmuşam. Burada gördüklərim məni heyran etdi. Azərbaycan paytaxtı xeyli inkişaf edib. Xüsusən də yollar çox cəlbedicidir. Belə təəssürat yaranır ki, sanki Formula 1 bütün şəhərdə keçiriləcək. Ailəm burada olmadığı üçün məyus olub. Onlar da Azərbaycan paytaxtının gözəlliyinə heyran olublar. Gələcəkdə bura turist kimi gələcəyəm. O ki qaldı sabahkı yarışa, bizim məqsədimiz Azərbaycanda da MMA-nın inkiaf etməsidir. Gələcəkdə Bakıda baş tutacaq yarışlar ABŞ-da da yayımlanacaq”.

Beynəlxalq MMA Liqasının vitse-prezidenti Şəhriyar Abbasov qeyd edib ki, “MMA FIGHTING SERİES”in növbəti yarışı Qəbələdə baş tutacaq: “Azərbaycanda MMA-nın inkişafı üçün çalışırıq. Torpaqlarımızın 20 faizi işğal altındadı. Buna görə də gənclərimizdə döyüş ruhunu aşılamalıyıq. Bugünkü tədbirin baş tutmasında “Qəbələ” klubunun rəhbərliyinin də böyük rolu var. Bu il 5 seriya nəzərdə tutulub. Bu, sayca ikinci yarışdı. Növbəti seriya iyul ayında Qəbələdə, açıq havada baş tutacaq. İlin sonunda isə ən güclüləri mükafatlandıracağıq.

Bu seriya Azərbaycan MMA-nın inkişafına hesablanır. Burada rinqə çıxan idmançıların hər biri reytinq xalı qazanır. Növbəti turnirimiz Amerikada nümayiş olunacaq və yayımdan pul qazanacağıq. Sabahkı döyüşlərdə Rusiya, İran, Gürcüstan və Ukraynadan da idmançılar rinqə çıxacaq. 15 çəki dərəcəsində yarışlar olacaq və hər çəkidə azərbaycanlı idmançılarımız mübarizə aparacaq”.

“Qəbələ”nin döyüş növləri üzrə koordinatoru Səbuhi Qarayev isə təmsil etdiyi klubun MMA-ya dəstəyindən söhbət açıb: “Qəbələ” klubunun adından hər kəsi salamlayıram. “Qəbələ” bir çox idman növlərinə olduğu kimi, MMA-ya da dəstəyini əsirgəmir. Biz döyüşkən xalqığ. 4 gün ərzində baş verən müharibə də bizim necə döyüşkən xalq olduğumuzu göstərdi. “Qəbələ” Azərbaycan idmanının inkişafına yüksək səviyydə dəstəyini davam etdirir. Sabah “Qəbələ”nin 3 üzvü - Nəriman Abbasov, Hüseyn Əliyev, Fuad Musayev rinqə çıxacaq. Onların hər biri sabahkı döyüşə Bakıda hazırlaşıb. Hər 3 idmançımızdan qələbə gözləyirik”.

Sonda Turqut Salayev rəhbəri olduğu, tezliklə fəaliyyətə “TT Fight” Idman Klubundan söz açıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30