25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Elxan Məmmədov: “Mükafat mütləq olmalıdır”

“Oyun çox həyəcanlı alındı. Səfərdə 5:1 hesablı qələbə qazanmışdıq. Bugünkü oyuna da komanda ciddi yanaşmalıydı”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib futzal yığmamızın dünya çempionatına vəsiqə qazanmasını şərh edib.

E. Məmmədov yığmamızın pley-off mərhələsinin cavab görüşündə Hollandiyanı məğlub edə bilməməsinin səbəbini belə izah edib: “Komanda məsuliyyətini dərk edirdi. Futzalçıların üzərində təzyiq də var idi. Elə 4:4 hesabı da bu təzyiqin nəticəsi idi”.

Elxan Məmmədov Bakı Idman Sarayında millimizə dəstək olan azarkeşlərə minnətdarlıq edib: “Azarkeşlərə təşəkkür edirəm. Sona qədər komandaya dəstək oldular. Komandamıza inam vardı. Avropa çempionatrlarında yaxşı çıxış etsək də, bu günə qədər dünya çempionatına vəsiqə qazana bilməmişdik. Bu, ilk belə haldır”.

AFFA-nın baş katibi millimizin dünya çempionatına hazırlığından da söz açıb: “Tezliklə baş məşqçi ilə danışığımız olacaq, 4 aylıq plan tərtib ediləcək. Mundiala qədər ən azı 4 yoxlama oyunu keçirəcəyik”.

Elxan Məmmədov AFFA-nın milli üzvlərini mükafatlandıracağını da vurğulayıb: “Bununla bağlı AFFA-nın xüsusi qərarı olacaq. Bunu müzakirə etməliyik. Ondan sonra komanda mükafatlandırılacaq. Mükafat mütləq olmalıdı. Çünki yığmamız çox böyük nəticəyə imza atıb”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30