25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

İranlı baş məşqçi: "Haqq yerini tapar və Qarabağ Azərbaycana qayıdar"

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvləri son günlər cəbhə xəttində baş verənlərə münasibət bildiriblər. Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Cəmşid Xeyrəbadi ermənilərlə döyüşlərdə şəhid olanlara rəhmət, əzizlərinə və Azərbaycan xalqına başsağlığı verib.

O deyib: "İnşallah, haqq yerini tapar və Qarabağ Azərbaycana qayıdar".

Güləşçi Elvin Mürsəliyev döyüşlər zamanı Azərbaycan torpaqlarının bir hissəsinin işğaldan azad edilməsinin qürurverici olduğunu vurğulayıb: "Qardaşlarımız cəbhədə şəhid olub, yaralananlar var. Şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Qürurverici haldır ki, torpaqlarımızın bir hissəsi işğaldan azad olub".

Onun komanda yoldaşı Kamran Məmmədov isə cəbhədə Azərbaycan ordusunun üstünlük əldə etməsinin hamıya böyük ruh yüksəkliyi verdiyini söyləyib. O, şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verib, səbr diləyib: "İnanıram ki, gün gələcək, Azərbaycan bayrağı Şuşaya, Xankəndiyə sancılacaq" (“Report”).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30