20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Azərbaycan millisinin keçmiş üzvü “Qalatasaray” azarkeşlərini günahlandırdı

Voleybol üzrə milli komandamızın və “Azərreyl”in sabiq üzvü, hazırda menecer kimi fəaliyyət göstərən İnessa Qorxmaz CEV kubokunun finalı çərçivəsində baş tutan “Qalatasaray” - “Krasnodar” (3:2) matçında yaşanan qalmaqaldan danışıb. Futbolxeber.az saytının məlumatına görə, İ. Qorxmaz yaşanan insdentə görə İstanbul klubunun futbol azarkeşlərini günahlandırıb: “Bu qalmaqalın birbaşa “Dinamo”ya heç bir aidiyyatı yoxdu. Təəssüf ki, “Qalatasaray”ın oyununda belə halların yaşanması artıq ənənə halını alıb. Məhz bu səbəbdən də “Qalatasaray”ın oyunlarına getməkdən xoşum gəlmir. İstanbul klubunun fanatları daim hakimi və rəqib oyunçuları təhqir edirlər. Bu qalmaqal futbol fanatlarının işidi. Onlar zalın yarısını zəbt etmişdilər. Onlar futbolda aqressiv olmağa öyrəşiblər. Zaldan rəqib oyunçulara tərəf zibil atıldığı doğrudu. Lakin fanatların konkret hansı oyunçunu hədəf aldıqlarını deyə bilmərəm”.

Yığmamızın sabiq üzvü matçdan sonra yaşanan insidentin səbəbini belə izah edib: “Qalatasaray” azarkeşləri öz komandalarının oyunçularına da etiraz edirdilər. Görüş başa çatdıqdan sonra fanatlar oyunçuları yanlarına səslədilər. “Qalatasaray”ın üzvləri isə əvvəlcə Türkiyə Voleybol Federasiyasının və klub prezidentinin əyləşdiyi lojaya təfəf getdilər. Bu isə fanatların narazılığına səbəb oldu. Cəhənəm də bundan sonra başladı. Hakimlərin stoluna, rəqib oyunçulara tərəf əşyalar atıldı. Öz oyunçularına isə sözlərlə təsir göstərməyə çalışırdılar”.   

İnessa Qorxmaz “Qalayasaray”ın baş məşqçisinin rəqib voleybolçu Tatyana Koşelovaya qeyri-etik jest etməsini təsdiqləyib: “O, tərbiyəli insandı. Atamana bütün Türkiyə hörmət edir. Məncə, o, artıq etdiyi hərəkətə görə utanır. Çünki onun jesti bütün ölkənin təəccübünə tanınıb. Hamı onu sakit, tərbiyəli biri kimi tanıyır. Həmin anda Atamann sadəcə əsəblərinə, gərginliyə tab gətirə bilmədi”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30