20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Açıq birinciliyə yekun vuruldu - “Qəbələ”dən 5 medal

“Qəbələ” İdman Klubunun taekvondo üzrə açıq birinciliyinə yekun vurulub. Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ”nin təşkilatçılığı ilə keçirilən yarışın ikinci günündə yeniyetmə oğlanlar tatami üzərinə çıxıblar. 10 çəki dərəcəsində qaliblər müəyyənləşib ki, bunların 5-də “Qəbələ” təmsilçiləri də fəxri kürsüyə qalxıblar. 33 kq çəki dərəcəsində çıxış edən Nicat Əzizli bütün rəqiblərinə qalib gəlib, birinciliyin qalibi adına yiyələnib. Finala yüksələn “Qəbələ”nin digər iki idmançısı - Ramil Rəşidov (45 kq) və Ağalı Qurbanov (57 kq) həlledici qarşılaşmada uduzub, gümüş medalla kifayətləniblər. Ravil Kişmişov (41 kq) və Rəhim Allahyarov (65 kq) bürünc medala yiyələniblər.

Xatırladaq ki, birinciliyin ilk günündə tatami üzərinə 2005-2006, 2007-2008-ci il təvəllüdlü oğlanlar və yeniyetmə qızlar çıxıblar. Ümumilikdə isə yarışda “Qəbələ”nin təmsilçiləri ilə yanaşı, Bakı şəhəri və respublikamızın digər bölgələrində fəaliyyət göstərən klub bölmələrinin 457 uşaq və yeniyetmə taekvondoçusu qüvvələrini sınayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30