20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

"Synergy Baku" İtaliyada uğurla çıxış edir

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" İtaliyada təşkil edilən sayca 31-ci "Coppi e Bartali" yarışında uğurla çıxış edir. Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışı 4 mərhələdən ibarətdir və 25 iştirakçı kollektiv arasında Böyük Britaniyanın "Team Sky" Dünya Turu, Rusiyanın "Gazprom RusVelo", İtaliyanın "Southeast-Venezuela", "Bardiani-CSF", "Androni Giocattoli" və "Nippo-Vini Fantini", Belçikanın "Topsport Vlaanderen-Baloise" kimi peşəkar kontinental komandalar var.

Yarışın 3-cü mərhələsində komandamızın üzvü Yannis Tamuridis 172 km məsafəni 3 saat, 34 dəqiqəyə qət edib və fotofinişə əsasən 3-cü nəticə göstərib. Bundan başqa, "Synergy Baku" nüfuzlu yarışın ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan "yaşıl köynəy"i də 2-ci mərhələdən etibarən ələ keçirib - Kiril Pozdnyakov həm 2-ci, həm də 3-cü mərhələdə dağ yollarını daha inamla qət edib.

Bu gün keçiriləcək sonuncu, 4-cü mərhələdə iştirakçılar 164 km məsafə qət edəcəklər. Qeyd edək ki, "Synergy Baku" "Coppi e Bartali" yürüşündə Elçin Əsədov, Maksim Averin, Matiya Kvasina, Matey Müqerli, Kiril Pozdnyakov, Yosip Rumaç, Aleksandr Surutkoviç və Yannis Tamuridisdən ibarət heyətlə təmsil olunur. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30