29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Millimizin üzvü xəstəxanada ağır virusa yoluxub

Ayşən Abduləzimova voleybol üzrə Azərbaycan yığmasının əsas simalarından biridir. Son günlər ortalıqda görünməməsi xeyli diqqət çəkirdi. Futbolxeber.az saytının bizimyol.info-ya istinadən verdiyi məlumata görə, Azərbaycanda həkim müayinəsindən keçən xanım idmançının qanına Bakıdakı xəstəxanalardan birində həyat üçün təhlikəli virus yoluxdurulub.

Hələlik xəstəxananın adını açıqlamayan Ayşən Abduləzimova bildirib ki, indilik bu haqqda danışmaq istəmir: “Mənim indiki durumda olmağım azərbaycanlı həkimlərin səhlənkarlığının nəticəsidir. Mən adi bir problemi həll eləmək, müalicə etdirmək üçün ölkədən çıxmaq istəmədim, amma Azərbaycanın həkimləri mənə daha böyük səhhət problemi yatdılar. Çiynimdə yüngül zədə vardı. Onu aradan qaldırmaq üçün qısamüddətli müalicə kursu keçməli idim. Çiynimdəki problemi həll edə bilmədikləri bir yana, üstəlik qanıma ağır virus saldılar. Həkimlərin diqqətsizliyi üzündən Bakıda olduğum müddətdə qolum tam hərəkətsiz qaldı. Barmaqlarımı belə tərpədə bilmədim. Vəziyyətim çox ağırlaşdı. Məni bu vəziyyətdə boş yerə üç həftə Azərbaycanda saxladılar. Sonradan öyrəndim ki, əslində qalmamalıyam. Üstəgəl müalicəm də düzgün aparılmır. Ölkədə boşu-boşuna saxlanmağım vəziyyətimi hədsiz ağırlaşdırıb. Müainə üçün Türkiyəyə gəldim. Həkimlər dedilər ki, müalicə mərhələsinə yubandığıma görə çiynimdə ağır açıq əməliyyat aparılmalıdır. Əməliyyat uğurla keçsə də azərbaycanlı həkimlərin yaratdığı daha problemim çözülməmiş qalırdı. Qanıma yoluxan virusun yuyulması üçün isə uzunmüddətli müalicə kursu keçməliyəm”.

Virusunun yuyulması üçün müalicə kursuna başlanıb. Bu çətin olduğu qədər də ağır müalicə mərhələsi idi deyə idmançı bildirib. İndiyə qədər çox böyük məbləğdə vəasit sərf olunduğunu söyləyən müsahibimiz gündə səkkiz dəfə sistem altında yatmalı olduğunu deyib. “İlk mərhələdə sağalacağıma ümidimizi tam itirmişdik, amma indi deyəsən yavaş-yavaş normala dönürəm. Ümid edirəm ki, müalicələrimi bitirib yenidən idmana qayıda biləcəyəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31