26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Velosipedçimizdən Rio-2016-ya 2 lisenziya

Azərbaycanın trek velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Olqa İsmayılova bu ilin avqustunda Rio de Janeyroda keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarına 2 lisenziya əldə edib. Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı Beynəlxalq Velosipedçilər İttifaqı (UCİ) tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə və Azərbaycan Velosiped İdmanı Federasiyasına təsdiq məktubu göndərilib. Qadın velosipedçimiz 4 illiyin zirvə yarışında ölkəmizi həm sprint, həm də keyrin yarışlarında təmsil edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Yay Olimpiya Oyunlarından əvvəkli 2 il ərzində (2014-2015 və 2015-2016-cı illər mövsümü) velosipedçilər dünya və Avropa çempionatları, Dünya Kuboku yarışları da daxil olmaqla iştirak etdikləri bütün turnirlərdə olimpiadaya lisenziya xalları toplayırlar. Bu müddət ərzində bir sıra yarışlarda uğurla çıxış edən Olqa İsmayılova bununla da həm sprint, həm də keyrin növündə olimpiadada iştirak hüququ əldə edən 27 velosipedçi sırasına düşməyi bacarıb.

Xatırladaq ki, bunadək şosse velosipedçimiz Maksim Averin də Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30