25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Xorvatiyada uğurlu start

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada keçirilən "Istrian Spring Trophy" veloyürüşündə mübarizəyə başlayıb. Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışının 1-ci mərhələsi komandamız üçün uğurlu alınıb.

158 km-dən ibarət bu bölümdə komandamızın üzvü Matey Müqerli finiş xəttini mərhələ qalibindən 3 saniyə gec keçməklə 2-ci olub - 3 saat, 49 dəqiqə, 21 saniyə. Bu, velosipedçimizə həm ümumi təsnifatda, həm də sprinterlərin mübarizəsində 2-ci sırada qərarlaşmağa imkan verib. Komanda hesabında “Synergy Baku” 33 iştirakçı kollektiv arasında liderə 4 saniyə uduzmaqla 3-cü yerdədir.

2-ci mərhələdə iştirakçılar 157 km məsafə qət edəcəklər. Qeyd edək ki, “Synergy Baku” bu yarışda Maksim Averin, Matey Müqerli, Kiril Pozdnyakov, Matiya Kvasina, Yannis Tamuridis və Samir Cəbrayılovla təmsil olunur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30