28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Avropa çempionumuz: “Bura yalnız qızıl medal üçün gəlmişdim”

“Çox xoşbəxtəm. Hisslərimi başqa cür ifadə edə bilmirəm. Emosiyalarım elədir ki, sanki ilk dəfədir Avropa çempionu oluram”. Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan milli komandasının heyətində ilk dəfə Avropa çempionu olan qadın güləşçi Nataliya Sinişina deyib.
 
31 yaşlı pəhləvan Latviyanın paytaxtı Riqada keçirilən qitə çempionatında 58 kq çəki dərəcəsi üzrə norveçli Qras Yakob Bulyenlə final görüşündə məşqçinin tapşırıq və göstərişlərini yerinə yetirməyə çalışdığını bildirib: "Mənə "ağılla mübarizə apar, artıq hərəkət etmə" demişdilər. Avropa Oyunlarında da həmin bu isveçlini udurdum. Amma özümdən nə isə hoqqalar çıxarmağa başladım və nəticədə öz hərəkətlərim üzündən uduzdum. Bu dəfə isə həqiqətən də ağıllı qərarlar verdim".
 
Sinişin xatırladıb ki, bürünc medal qazandığı "Bakı 2015" I Avropa Oyunları ilə müqayisədə, bu dəfə Avropa çempionluğuna çox ciddi köklənibmiş: "Bura gələndə birinci yerdən başqa nəticə barədə düşünmürdüm. Hətta "Birdən başqa cür olar" fikri də beynimdə yox idi. Məqsədyönlü hazırlaşmışdım və bütün düşüncələrim yalnız birinci yerə yönəlmişdi".
 
Təcrübəli güləşçi Avropa çempionluğunu ailə üzvlərinə və azarkeşlərə həsr etdiyini açıqlayıb: "Bu nailiyyəti ilk növbədə, ailəmə, balaca qızıma, ərim olan şəxsi məşqçimə həsr edirəm. Həyat yoldaşım daim mənimlə səfərlərdə olur, məni hazırlayır, çox iş görür, mənəvi cəhətdən dəstək verir. Eyni zamanda, anama, bütün qohumlarıma, bütün azarkeşlərə, məni dəstəkləyənlərə təşəkkür edirəm ki, mənə inandılar".
Sinişin qarşıdakı hədəfinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşmaqdan ibarət olduğunu da vurğulayıb: "Hazırlaşacaq və Rio-2016"ya vəsiqə qazanmağa çalışacağıq. 58 kq olimpiya çəki dərəcəsi olsa da, lisenziya uğrunda 60 kq çəkidəki Yuliya Ratkeviçlə mübarizə aparacağıq. Görək, hansı qərarı verəcəklər".
 
Qeyd edək ki, Nataliya Sinişin Azərbaycan vətəndaşlığı qəbul edənədək Ukraya millisində çıxış edib. O, 2009 və 2012-ci illərdə Avropa çempionu, 2006 və 2007-ci il dünya çempionatlarında bürünc medal qazanıb. Sinişinin aktivində müvafiq olaraq, 2007 və 2008-ci illərdə qitə çempionatının gümüş və bürünc medalları da var.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31