20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Nəriman Abbasov “Lujniki”də qalib gəldi

Azərbaycanı və “Qəbələ”ni MMA döyüşlərində təmsil edən Nəriman Abbasov növbəti qələbəsini qazanıb. Futbolxeber.az-ın məlumatına görə, təmsilçimiz fevralın 26-da Rusiyanın paytaxtı Moskvada qarışıq döyüş növləri üzrə “Fight Nights Global 44” turniri çərçivəsində qüvvəsini sınayıb. 70,3 kq çəki dərəcəsində çıxış edən döyüşçümüz Qran-Prinin 1/4 final qarşılaşmasında rusiyalı Nikolay Qaponovla üz-üzə gəlib. Abbasov öncədən digər rusiyalı İqor Yeqorovla görüşməli olsa da, sonuncunun zədəsi Rostovun “MMA Triumf” klubunun üzvünü idmançımıza rəqib edib. “Lujniiki”də baş tutan döyüşə fəal başlayan Nəriman orta və yaxın məsafələrdən zərbələri ilə rəqibinə çətin anlar yaşadıb. 3 raund boyu daha fəal olan idmançımız görüşün son saniyələrində də rəqibini teykdaun vəziyyətində saxlayıb. Bunun nəticəsində Nəriman hakimlərin yekdil qərarı ilə qarşılaşmanın qalibi elan olunub. Abbasovun döyüşə və qalibin elan olunması mərasiminə önündə “26.02.1992. Xocalı soyqırımı”, arxasında isə “Xocalı üçün ədalət” yazılanın ingilis dilində əks olunduğu geyimlə çıxması diqqətcəkən və yaddaqalan məqamlardan olub.

Xatırladaq ki, bu döyüş Abbasovun 12-ci sınağı olub. O, bu döyüşlərdə 10-cu qələbəsini qazanıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30