2 Iyul 2025, Çərşənbə
"Zirə" 4-cü transferini reallaşdırdı
Hamidu Keyta “Araz-Naxçıvan”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
“Neftçi” “Kappa” ilə anlaşdı

Digər idman növləri

Ceyran Əliyeva: “Asanlıqla qalib gəlmək olmur”

“Bu gün 3:1 hesabı ilə qalib gəldik. İlk iki setdə rahatlıqla qələbə qazandıq. Amma üçüncü hissədə öz səhvimizdən uduzduq”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Azəryol” klubunun üzvü Ceyran Əliyeva deyib.

Gənc voleybolçu CEV Kubokunun "Çelenc raundu"nun ilk oyununda İtaliyanın "Novara" klubunu 3:1 hesabı ilə məğlub etdikləri görüşü belə şərh edib: “Bu mərhələdə zəif rəqib yoxdu. Hansısa rəqibə asanlıqla qalib gəlmək olmur. Üçüncü setdə uduzsaq da, yekunda istəyimizə çatdıq”.

C. Əliyeva üçüncü setdə uduzmalarını arxayınçılıqla əlaqələndirib: “Arxayınçılıq oldu. 5-6 xal irəlidəydik. Lakin yekunda uduzduq. Komanda sanki dayandı. Arxayınçılıqdan başqa səbəb ola bilməz”

“Azəryol”un gənc üzvü səfərdə baş tutacaq cavab oyununda da söz açıb: “Səfərdə rəqib azarkeşlər önündə oynamaq çətindi. Amma bu mərhələyə qədər gəlmişiksə, deməli zəif deyilik. Çalışacağıq ki, səfər görüşündə də uğur qazanaq”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31